Adam vuran sürücü polisdən belə qaçdı
Bizi izləyin

Qırmızı.az

Adam vuran sürücü polisdən belə qaçdı

Avtomobilinin qaçırıldığını bildirən şəxsin yalanı üzə çıxdı

Avtomobilinin qaçırılması barədə polisə yalan məlumat vermiş Şamaxı sakininin yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumata görə, martın 19-da Şamaxı rayon sakini Allahyar Qurbanov Nəsimi RPİ 19-cu PB-yə ərizə ilə müraciət edərək həmin gün Moskva prospektindən "VAZ-2107" markalı avtomobilinin qaçırılmasını bildirib.

Avtomobil həmin gün DİN BDYPİ əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunun 12-ci km-də tapılıb.

Araşdırmalar zamanı martın 19-da Bakı-Şamaxı yolunun 10-cu km-də A.Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı şəhər sakinləri Təzəgül Vəliyevanı və onun qızı Ayşəni vuraraq hadisə yerindən qaçması və avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verməsi müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm