Ağdaşda avtomobil oğrusu tutulub
Bizi izləyin

Qırmızı.az

Ağdaşda avtomobil oğrusu tutulub

Publika.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 19-da Ağdaş şəhərinin ərazisindən Kəlbəcər rayon sakini İlqar Yusibova məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Yuxarı Qəsl kənd sakini Elnur Rəsulov tutulub.

Bundan başqa, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Füzuli Məhərrəmovun "Mercedes" markalı avtomobilini soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Cavid Əliyev tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun quldurluq yolu ilə yanvarın 17-də Oruc Heydərovun mobil telefonunu və "Mercedes" markalı avtomobilini, Bayram İsmayılovun "Mercedes" markalı avtomobilini alması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm