Azərbaycandakı 11 iranlı məhbus ölkəsinə qaytarılıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycandakı 11 iranlı məhbus ölkəsinə qaytarılıb

Bü gün Azərbaycan həbsxanalarında cəza çəkən 11 İran vətəndaşı Astara keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib.

Bü gün Azərbaycan həbsxanalarında cəza çəkən 11 İran vətəndaşı Astara keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib.

Məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.

Molai deyib ki, "Ümüd edirik ki, yaxın zamanlarda Azərbaycan həbsxanalarında cəza çəkən digər İranlı məhbuslar da ölkəyə geri qaytarılacaqlar".

Möhsün Molayi dünən 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İran vətəndaşları ilə görüşüb.

M. Molayi bildirib ki, saxlanılan şəxslərlə bağlı əsas narahatedici məqamı ondan ibarətdir ki, saxlanılanların qohumlarının Azərbaycana gəlməsi və onlarla görüşməsi maddi cəhətdən çətindir.

Konsulun sözlərinə görə, həbsdə saxlanılan şəxslər özləri bildiriblər ki, cəzalarının qalan hissəsini İranda çəkmək istəyirlər.

Diplomat bildirib ki, həbsdə olan bir neçə İran vətəndaşı Novruz bayramı günləri ərzində ölkəsinə qaytarılacaq.

Konsul onu da əlavə edib ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 210 İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasına görə həbs olunub.

Molayi məhbuslara İranın XİN rəhbəri və İranın Bakıdakı səfirinin Novruz təbriklərini çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm