Qırmızı.az
Bu gün bəzi rayonlarda qar gözlənilir - HAVA
Bakıda və Abşeron yarımadasındahava şəraitinin qeyri-sabit keçəcəyi, günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında martın 22-də axşamadək güclü
küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdü
meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə
nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə
yaradacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə
yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə
8° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında səhər və gündüz yağıntılı olacağı, sulu qar,
qar yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı var.
Temperaturun gecə 3° şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarındasəhər duman, çiskin, günün ikinci yarısında
yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 8-13°
isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar
yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5° isti, gündüz
7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında səhər duman,
çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20°
isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında səhər duman, çiskin, günün ikinci yarısında
yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-6°
isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti,
gündüz 5-10° isti olacağı gözlənilir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO