Argentinada Novruz bayramı qeyd edilib
Bizi izləyin

Qırmızı.az

Argentinada Novruz bayramı qeyd edilib

Martın 19-də Azərbaycanın Buenos-Ayresdəki Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq Kafedrasının birgə təşəbbüsü ilə sözügedən Universitetdə Novruz bayramı ilə əlaqədar tədbir keçi

Martın 19-də Azərbaycanın Buenos-Ayresdəki Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq Kafedrasının birgə təşəbbüsü ilə sözügedən Universitetdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.

Trend-in məlumatına görə, tədbirin əvvəlində Novruz bayramının Azərbaycanda qeyd olunmasını, müvafiq adət və ənənələrimizi əks etdirən video-çarxlar nümayiş etdirilmişdir.

Sonra, çıxış edən Səfirliyin əməkdaşı Aynurə Hüseynova Novruz bayramının mifologiyası və fəlsəfəsi, Novruz adətləri və onların mənası barədə təqdimat etmişdir.

Ardınca Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor Paulo Botta Novruzun Azərbaycanın sosial-mədəni həyatındakı rolu, habelə, bu bayramın beynəlxalq səviyyədə qeyd edilməsi barədə danışmışdır.

Daha sonra, Argentinanın "Sonidos Turquesas" musiqi qrupu "Girdim yarın bağçasına", "Ay qız", "Ayrılıq", "Bu qala daşlı qala" kimi Azərbaycan musiqi parçalarını, habelə, bəstəkar Vaqif Mustafazadənin "Düşüncə" kompozisiyasını ifa etmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm