Battalqazıdə Qarabağ adını daşıyan park salınacaq
Bizi izləyin

Qırmızı.az

Battalqazıdə Qarabağ adını daşıyan park salınacaq

Battalqazıdə Qarabağ adını daşıyan park salınacaq

Millət vəkili, Avrasiya Beynəlxaql Araşdırmalar Mərkəzi İb-nin sədri Qənirə Paşayeva Türkiyənin Malatya vilayətində Battalqazi bölgəsini və bələdiyyəsini ziyarət edib və bölgənin rəsmiləri ilə görüşüb.

Publika.Az-ın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva Battalqazi bələdiyyəsi ilə görüşdə Azərbaycanın, onun tarixi bölgələrindən birinin adının Battalqazidə əbədiləşdirilməsinin vacibliyini vurğulayaraq Qarabağ adını daşıyan parkın, küçənin və ya abidənin vacibliyi və əhəmiyyətindən danışıb və bələdiyyənin bu istiqamətdə addımlarının Azərbaycanda müsbət qarşılanacağını vurğulayıb: “Battalqazidə olmaq həm mənim, həm də mənimlə bərabər Türkiyəyə Azərbaycandan gələn nümayəndə heyəti üçün çox xoşdur. Azərbaycanın bəzi bölgələri Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələri ilə qardaş şəhərlər və bələdiyyələr olub. Battalqazini də tezliklə Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması önəmli olardı”.

Bələdiyyə sədrinin müavini Mehmet Karabay Qənirə Paşayevanın təklifini yüksək qiymətləndirərək, tezliklə həmin ideyanın reallaşdırılması, Malatyanın, Battalqazinin Azərbaycanın hər hansı bir bölgəsi ilə qardaşlaşdırılmasının əhəmiyyətini və önəmini vurğulayıb. Görüşdə Q. Paşayeva bir millət iki dövlət olan Azərbaycan və Türkiyə əlaqələri hazırda dünyanın analoqu olmayan əlaqəsi adlandırıb. Onun sözlərinə görə iki ölkənin birlik və bərabərliyi onun güclənməsinə səbəb olacaq. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən Q. Paşayeva görüşdə həmçinin Xocalı, Qaradağlıda Ermənistan ordusunun dinc əhaliyə qarşı törətdikləri soyqırım barədə məlumat verib. Azərbaycanı çox sevdiyini deyən Mehmet Karabay Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu və bu istiqamətdə onlar da əllərindən gələni edəcəklərini deyiblər.

Battalqazidə keçirilən məhşur Battalqazi festivallarından danışan Mehmet Karabay həmin festivallarda Azərbaycanın mədəniyyətinin, tarixinin, musiqisinin Malatya sakinləri ilə bərabər dünyasının bir çox bölgələrindən gələn insanlara daha geniş təqdim edilməsi istiqamtində böyük imkanlar olduğunu deyib və millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar Mərkəzi İb-nin sədri Qənirə Paşayevanı və onunla birlikdə Battalqazini ziyarət edən qonaqları həmin festivala dəvət etməklə bərabər, festival zamanı Azərbaycan mədəniyyəti və musiqisinin də təmsil olunması istiqamətində dəstək göstərmələrini xahiş edib. Q.Paşayeva rəhbərlik etdityi təşkilatın bu istiqamətdə əlindən gələn dəstəyi göstərəcəyini deyib və dəvəti qəbul edərək əslində Azərbaycanın bu festivalda təmsil olunmasının önəmli olduğunu vurğulayıb və dəvət üçün təşəkkür edib.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi torpaqlarda törətdiyi soyqırımlar barədə məlumatlar verən millət vəkili Azərbaycanın, onun tarixi bölgələrindən birinin adının Battalqazidə əbədiləşdirilməsinin vacibliyini vurğulayaraq Qarabağ adını daşıyan parkın, küçənin və ya abidənin vacibliyi və əhəmiyyətindən danışıb və bələdiyyənin bu istiqamətdə addımlarının Azərbaycanda müsbət qarşılanacağını vurğulayıb.

Bu təklifləri diqqətlə nəzərdən keçirəcəklərini deyən Mehmet Karabay hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Görüşün sonunda Qənirə Paşayeva Mehmet Karabaya və bələdiyyəyə Azərbaycan tarixi və incəsənətini əks etdirən materiallar, kitablar, filmlər, hədiyyələr, həmmüəllifi olduğu ”Xocalı soyqırımı şahidlərin dili ilə”, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabını hədiyyə edərək onu Azərbaycana dəvət edib.

Mehmet Karabay Azərbaycanı sevdiyini deyərək dəvəti məmuniyyətlə qəbul edib və Azərbaycana gəlməkdən məmnun olacağını deyib.Görüşün sonunda Mehmet Karaday bölgənin tarixi məkanları ilə millət vəkili və onun rəhbərlik etdiyi nümayəndə heyətini tanış edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm