Ana məhkum oğluna telefon keçirmək istəyib
Bizi izləyin

Qırmızı.az

Ana məhkum oğluna telefon keçirmək istəyib

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Şəki Penitensiar müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 120.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Sabir Abdurahman oğlu İsmayılovun yanına qısa müddətli görüşə gəlmiş anası Furza Məhmədəli qızı İsmayılovanın üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zaman ona məxsus əl çantasının içərisindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2; 234.4.1; 234.4.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Pərvin Xanməd oğlu Həşimovun üzərinə və əşyalarına baxış keçirilən zaman ayağında olan corabın içərisindən bir ədəd mobil telefon aparatına məxsus batareya aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm