Kürdəmirdə yanğın olub
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə yanğın olub

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində vətəndaşa məxsus ümumi sahəsi

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 28 kvadrat metr sahədə, damına yığılmış 3 ton ot bağlamasının 1 tonu və bitişik talvar 52 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı tövlədə olan 3 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub, tövlənin qalan hissəsi və tövləyə bitişik ev yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm