• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bakıda mənzildə vətəndaş köməksiz vəziyyətdə qalıb

Bakıda mənzildə vətəndaş köməksiz vəziyyətdə qalıb

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1936-cı il təvəllüdlü Ulikov Yevgeni Dmitriyeviç mənzilin qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Mənzilə baxış keçirərkən hərəkətsiz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR