Azərbaycanda nənə nəvəsinin gözü qarşısında güllələndi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda nənə nəvəsinin gözü qarşısında güllələndi

Dünən gecə Lənkəranda dəhşətli hadisəsi baş verib.

Anspress-in bölgə müxbirinin məlumatına görə, bir qrup maskalı şəxs Lənkəran sakini Sürəyya Tağı qızı Tağıyevanın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilinə basqın ediblər. Odlu silahdan atəş açan maskalı şəxslər 60 yaşlı qadını yaralayıblar. Hadisə zamanı 1954-cü il təvəllüdlü qadının 16 yaşlı nəvəsi də yanında olub. Yeniyetməyə heç nə olmasa da, Sürəyya Tağıyeva hadisədən 10 dəqiqə sonra dünyasını dəyişib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin çox qan itirdiyi və həyatının xilas edilə bilmədiyi bildirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm