Azərbaycan zabiti siçan dərmanından zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan zabiti siçan dərmanından zəhərləndi

Ötən gün zəhərlənmə diaqnozu ilə Zaqataladan Bakıya gətirilən zabitin vəziyyəti normaldır.
Bu barədə məlumat Bakı şəhər Toksikologiya Mərkəzindən verilib.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Rəhimov Əlisahib Əlibakkov oğlunun siçan dərmanından zəhərləndiyi bəlli olub.

Xatırladaq ki, hadisə martın 21-də Zaqatalada yerləşən sərhəd qoşunları N saylı hərbi hissəsində baş verib. Əvvəl 22 yaşlı Rəhimov Əlisahib Əlibakkov oğlu zəhərlənmə diaqnozu ilə Zaqatala xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan onu Bakı şəhər toksikologiya mərkəzinə göndərmişdilər./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm