Bayram günü Bakı yollarında qəzaların statistikası açıqlandı
Bizi izləyin

Qırmızı.az

Bayram günü Bakı yollarında qəzaların statistikası açıqlandı

Bakıda bayram günlərində yol qəzalarının statistikası açıqlanıb.


Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, martın 19-u 20-si və 21-də Bakıda 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə bir nəfər ölüb, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ölümlə nəticələnən yol qəzası martın 21-də Xəzər rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində baş verib.


V.Əsədov təəssüflə bildirib ki, piyadalara qarşı tədbirlərin gücləndirilməsinə baxmayaraq, yenə də piyadaların yol-hərəkəti qaydalarını pozması halları mövcuddur.


Onun sözlərinə görə, bayram günlərində bədən xəsarəti ilə nəticələnən yol qəzalarının 7-si piyadavurmadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm