İsmayıllıda maşın dərəyə aşıb, ölən var
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda maşın dərəyə aşıb, ölən var

İsmayıllıda maşın dərəyə aşıb, ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Məlumata görə, hadisə ötən gecə İsmayıllı-Mollaisaqlı yolunda baş verib.

Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Soltanov Azər Xəlil oğlunun idarə etdiyi 99 CP 498 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını yolun döngəli hissəsində idarəetmədən çıxaraq 10 metr dərinliyi olan dərəyə aşıb. Hadisə nəticəsində sürücü Azər Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1974-cü il təvəllüdlü Rəhman Nəriman oğlu Qəribov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.(apa/az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm