Macarıstanda Novruz şənliyindən FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Macarıstanda Novruz şənliyindən FOTOLAR

Azərbaycanın Macarıstandakı səfirliyində Novruz şənliyi keçirilib.

Publika.az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, səfirlik əməkdaşlarının, Azərbaycan diasporu üzvlərinin və diplomatik korpus təmsilçilərinin iştirak etdiyi mərasimi səfir Vilayət Quliyev açıb. Novruzun tarixindən, ənənələrindən danışan səfir ölkəmizin hər yeni Novruzu bütün sahələrdə yaddaqalan uğurlarla qarşıladığını vurğulayaraq həmvətənlərimizi bayram münasibətilə təbrik edib.



Qonaqlar üçün səfirlik əməkdaşları xanımlarının və diaspor üzvlərinin səyi ilə zəngin Azərbaycan süfrəsi açılıb. Milli geyimli uşaqların hazırladığı konsert proqramı, milli rəqslər, "Tıq-tıq xanım" tamaşası bayrama xüsusi rəng qatıb. Novruz haqqında viktorina və xonça müsabiqəsi də mərasim iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.



Səfirliyin həyətində qalanan kiçik Novruz tonqalı da bayramın ayrılmaz atributlarından biri kimi hər kəsdə, xüsusən də bütün həyatını Macarıstanda yaşayan həmvətənlərimiz arasında sevinc və ruh yüksəkliyi yaradıb.



Hazırda Budapeştdə silsilə konsert proqramları ilə çıxış edən tanınmış pianoçu, Azərbaycanın xalq artisti Yeganə Axundovanın ustalıqla ifa etdiyi musiqi parçaları bayram mərasiminə xüsusi yaraşıq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm