Qırmızı.az
Bakının əsas prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının əsas prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, "Heydər Əliyev prospektində, Şəfa" stadionunun qarşısında əlavə informasiya lövhələrinin quraşdırılması ilə əlaqədar olaraq, avtomobil sıxlığının, tıxacların, yol-nəqliyyat hadisələrinin yaranmaması məqsədilə İdarə paytaxtın Qala, Buzovna, Mərdəkan və həmin ərazilər üzrə digər istiqamətlər boyu hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən xahiş edir ki, qeyd edilən istiqamətlərə axşam saat 19:00-dan gecə saat 00:00-a qədər və geriyə hərəkət edərkən saat 00:00-dən sonra iş başa çatana qədər Heydər Əliyev Beynəlxalq Hava Limanının yanından alternativ yol kimi Bakı-Hövsan-Aeroport beton yolundan və ya Dərnəgül yolundan (yəni Ziya Bunyadov prospektini) istifadə etsinlər.
Qeyd edək ki, bundan əvvəl əlavə informasiya lövhələrinin quraşdırılması ilə əlaqədar avtomobillərin Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməsinə məhdudiyyətlər tətbiq edilmişdi. Bakı yol polisi sürücülərdən metronun "Koroğlu" stansiyasından və "Excelsior" hotelindən hər iki istiqamətə hərəkət edərkən köməkçi yollardan istifadə etmələrini xahiş etmişdi.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov