• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı rayonun Uzunqazmalar kənd sakini 1981-ci il təvəllüdlü Heydərov Kamal Əmrah oğlu idarə etdiyi "10-ES-137" dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə Zaqataladan Donbabinə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol kənarındakı ağaca çırpıb.

Baş vermiş qəza nəticəsində sürücü K.Heydərov, avtomobildə olan sərnişinlər - Donbabinə kənd sakinləri 1991-ci il təvəllüdlü Şabanova Günel Ramiz qızı və 1994-cü il təvəllüdlü Dadalova İranə İlham qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, G.Şabanovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır hesab olunur.

Fakla bağlı Zaqatala rayon Polis Şöbəsi araşdırma aparır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. /Kanal S/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR