• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qax və Lənkəranda yanğın olub

Qax və Lənkəranda yanğın olub

Ötən gün axşam saatlarında Qaxda və Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Qax rayonu, Ləkit kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə yanğın olub. Nəticədə, evin 1 otağının tavanı 4 kv.m yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Lənkəran rayonu, Cil kəndində (rayon mərkəzindən 17 km aralı) baş verib. Nəticədə, iki vətəndaşa məxsus bitişik tövlələrdən birinin ümumi sahəsi 70 kv.m olan dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 3 ton ot bağlamasının 1 tonu və digər tövlənin ümumi sahəsi 130 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, damına yığılmış 1 ton ot bağlaması yanıb. Tövlələrin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR