Türkiyənin bir kəndi boşaldıldı
Bizi izləyin

Qırmızı.az

Türkiyənin bir kəndi boşaldıldı

Türkiyənin Hatay vilayətinin Yayladağı rayonuna bağlı Gözlekçiler kəndinin sakinləri təxliyyə olunub.

Türkiyənin Hatay vilayətinin Yayladağı rayonuna bağlı Gözlekçiler kəndinin sakinləri təxliyyə olunub.

Buna Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kəsəb bölgəsində Əsəd rejimi ilə müxalif qüvvələri arasında davam edən döyüşlərin şiddətlənməsi səbəb olub.

Məlumata görə, Kəsəbdə atışma zamanı atılan top mərmilərindən bəzisi Gözlekçiler kəndinə düşüb.

Bunan sonra sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib və Gözlekçiler kəndinin təxliyyəsinə qərar verilib. Kənd sakinləri rayon mərkəzində olan qohumlarının yanına köçürülüb.

Qeyd edək ki, kənddəki evlərdən birinin həyətinə düşən artilleriya topu mərmisinin partlaması nəticəsində bir çox evin pəncərəsinin şüşələri sınıb. Bundan başqa sərhəd yaxınlığında Çamlıtepe bölgəsinə top mərmisi üşüb.

Məscidlərin səsgücləndiricilərindən, zəruri ehtiyac olmadıqca evdən çıxılmaması ilə bağlı anonslar səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm