Alimlərdən ŞOK ETİRAF: “Yerin altında həyat var” –VİDEO/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Alimlərdən ŞOK ETİRAF: “Yerin altında həyat var” –VİDEO/FOTOLAR

Planetimizin Yerin daxili təbəqələrindən - Yer qabığından, mantiyadan və nüvədən ibarət olması hətta orta məktəblilərə də məlumdur. Elə özümüzün də dərslik kitablarından öyrəndiyimiz kimi, Yer qabığının qalınlığı 7-90 km dəyişir. Bundan sonar mantiya və nüvə gəlir. Maraqlıdır ki, müasir dünyada, elmin yüksək inkişaf səviyyəsində belə, bir çoxları Yer qabığının altında da yaşayışın olması haqda iddialar irəli sürməyə başlayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, indi bununla bağlı bir sıra ölkələrdə araşdırmalar aparılır. Alimlər hesab edir ki, Yerin altında həyat var.

Yerin altında yaşayışın olması haqda sənədli filmlərin çəkilməsi bir yana, bəzi geoloqlar, tarixçilər və araşdırmaçılar bununla bağlı əllərində konkret sənədlərin və faktların olduğunu deyirlər.

“Yerin altından gələn səs: “Dostlar, bu iş başınızı ağrıdar, burdan gedin”.

Faktlara keçək: - 1984-cü ilin 27 sentyabrı – SSRİ geoloqları Kola yarımadasında yerin daxilini öyrənmək işini davam etdirirlər. Tarixdə ən dərin – 12 kilometrlik şaxta qazılır. Elə bu vaxt şaxtanın dibindən səslər eşidilir. Geoloqlar şoka düşürlər.

Onlar belə uzun məsafəli dərinliyə daxil ola bilmədiklərindən qazıntı işini aparan qurğuya xüsusi mikrofon və dinləmə cihazı quraşdırıb onu quyunun dibinə endirirlər. Şaxtanın dərinliyindən gələn səslər hər kəsi şoka salır. Geoloqlar anidən səslər eşidirlər. Səslər qışqırtılara, yalvarışlara bənzəyir.

Hadisənin şahidi, texnika elmləri doktoru Aleksey Diaşev bildirir ki, geoloqların qəbul etdikləri səslər qışqırtılara, danışıqlara, ulamalara bənzəyirdi: “Lakin həmin dövr sovet dönəmi idi. Buna görə də olay ört-basdır edildi”.

Bütün bunlar bir yana, səslərin gəldiyi yer də çox dərin idi. Prosesə həmin dövrün ən təcrübəli geoloqları və araşdırmaçıları cəlb edildi. Lakin elm adamlarının bu işə qarışmasından sonra araşdırma prosesi dayandırıldı.

Aleksey Diaşev müəmmalı olayla bağlı ancaq bunları deyir: “Yerin altından “dostlar, bu iş sizin başınızı ağrıdar, burdan gedin” – səslərini eşitdik”.

Yerin ən dərin qatına endirilmiş qurğunun şaxtadakı hissəsi iki dəfə sıradan çıxdı. Bu, bəlkə də təsadüf idi. Lakin maraqlıdır ki, qəza məhz səslərin dinlənilməsindən və lentə yazılmasından sonra baş verdi.

Qeyd edək ki, Yerin 12 kilometr dərinliyindən SSRİ geoloqlarının dinləmə cihazlarına yazılmış səslər bu günə kimi saxlanılır. Onu “cəhənnəmdən gələn səslər” adlandırırlar. Alimlər səslərin doğru olduğunu və onların həqiqətən də Yerin daxilindən gəldiyini təsdiq etdilər.

Olaydan sonra Kola yarımadasındakı şaxtanı da cəhənnəmə gedən yol adlandırmağa başladılar.

Hitler niyə Tibetə xüsusi araşdırmaçı qrupu göndərmişdi?

Lakin son vaxtlar məlum oldu ki, SSRİ geoloqlarının üzləşdikləri və gizli saxladıqları müəmmalı olay bu qəbildən olan ilk müəmmalı hadisə deyildi. Belə ki, uzun illər faşist Almaniyasının gizli arxivləri ilə bağlı araşdırma aparmış hannoverli tarixçi Pyotr Polun əlinə son dərəcə məxfi saxlanılmış kağızlar keçib. Onların arasında Yerin altındakı yolları və onların girişini göstərən Tibet xəritəsi də bu sənədlərin arasında olur.

Min illər yaşı olan bu xəritə alman generallarına Tibet rahiblərindən biri tərəfindən verilib. Rahiblər nasistlərin doğrudan da ədalətli bir dünya quracağını düşündüklərindən xəritəni faşistlərə təqdim etmişdilər.

“Xəritə almanların əlinə 1939-cu ildə keçib” – deyən araşdırmaçı bildirir ki, onun əlində, Adolf Hitlerin 1940-cı ildə Tibetə xüsusi araşdırmaçı qrupu göndərməsi haqda əmri var. Hitlerin bu məsələ ilə belə maraqlanması heç də səbəbsiz deyildi. Onun əlində isə 1937-ci ildə Qədim Alman Tarixini Araşdırma Cəmiyyəti – Anenerbenin rəhbəri, qədim dövrlərin tədqiqatçısı German Virtin raportu vardı.

Virt raportunda yazırdı: “Mənim fürerim, araşdırmalarımız bizə dünyanın içinin (Yer qabığının) boş olduğunu, onun mərkəzində isə Günəşin parladığını deməyə əsas verir. İçəridə həyat var. Biz orda Atlantikanı tapacağıq.

Mənim fürerim, sizin missiyanız dünyanın təkcə üstünü deyil, içini də fəth etməkdir”.

Hitler buna inanmış, qeyd etdiyimiz kimi, Tibetə xüsusi araşdırmaçı qrupu göndərmişdi. Bundan əlavə, nasistlərin əlində 17-ci əsrdə yaşamış türk alimi tərəfindən hazırlanmış xəritə də var idi. Həmin alim də Yerin altında həyatın olduğunu iddia edirdi. Onun bir çox iddiaları Tibetlilərin iddiaları ilə üst-üstə düşürdü.

Almanlar geoloji araşdırmalarla əsaslı nəticəyə nail ola bilmədilər. İkinci Dünya Müharibəsinin başlanması və Almaniyanın süqutu araşdırmaların sonunu gətirdi.

SSRİ-nin keçmiş geologiya naziri: “Baş verənlərdən şoka düşmüşdük”

Hal-hazırda geoloqları, alimləri bu suallar düşündürür: - Yerin altındakı səslərin mənbəyi hardandır? Torpağın hər 33 metr dərinliyində doğru temperaturun artmasını nəzərə alsaq, 12 kilometr dərinlikdəki yüksək temperaturda canlılar necə yaşaya bilər?

1974-1989-cu illərdə SSRİ-nin Geologiya naziri vəzifəsində çalışmış Yevgeni Kozlovski bu olaydan şoka düşdüklərini bildirib: “Açığını deyim, baş verənlərdən şoka düşdük. Çünki həmin vaxta qədər ən dərin şaxta ABŞ-da qazılmışdı. Lakin onlar belə bir olayla qarşılaşmamışdılar”.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay Laverov qeyd edir ki, araşdırmalar zamanı digər maraqlı faktlar da ortaya çıxdı. Məlum oldu ki, Yer kürəsi təxmin edildiyindən 1,5 milyard il erkən yaranıb. Üstəlik, Yer qabığındakı belə yüksək temperaturda da canlılar yaşayır.

Hərb elmləri doktoru Sergey Zenkeviç isə hesab edir ki, bəzən Yer kürəsinin ayrı-ayrı yerlərində görünən, UNO-lar kimi təqdim edilən müəmmalı varlıqlar əslində Yerin altında yaşayan varlıqlardır. Bunu da nəzərdən qaçırmaq olmaz ki, Yerin altında okeanlar, çaylar və göllər var. Və həmin su mənbələrinin də Yerin üstündəki okeanlara çıxışının olması çoxdan sübut edilib.

ABŞ-a məxsus “Esse-7” kosmik aparatının Şimal qütbü üzərində çəkdiyi foto bu istiqamətdə araşdırmaların davam etdirilməsi zərurliyini ortaya çıxarıb. Kosmosdan çəkilən fotoda Yerdə gizli dəliyin olmasını sübut edir.

Bu istiqamətdə alimlərin araşdırmaları hələ də davam edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm