• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

SAM niyə işləmir?

SAM niyə işləmir?

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin saytı işləmir. interpress.az xəbər verir ki, bu barədə www.sam.az saytında məlumat verilib: "Texniki işlərlə bağlı saytın fəaliyyəti müvəqqəti dayandırılıb".

Xatırladaq ki, bir həftə əvvəl prezident İlham Әliyevin sərəncamı ilə Administrasiyanın şöbə müdiri Elnur Aslanov vəzifəsindən azad olunub. SAM ısə qeyri-rəsmi olaraq Elnur Aslanovun kurasiyasında idi. Mərkəzin rəhbəri Fərhad Məmmədov da Elnur Aslanovun kadrı hesab olunur. Aslanovun vəzifədən azad olunmasından sonra SAM-ın rəsmi internet səhifəsinin fəaliyyətini dondurması gözlənilən idi. Hətta mətbuatda Elnur Aslanova yaxın internet portallarında prezident sərəncamının işıqlandırılmaması xəbəri də getmişdi. SAM-a yaxın etibarlı mənbə Aktual.az-a bildirib ki, saytın faliyyətinin dayandırılması bu qurumdakı qeyri müəyyənliklə bağlıdır.

İnterpress.az məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, SAM-ın saytı bir həftə öncə yox, iki ay əvvəl fəaliyyətini dayandırıb. Sayta sonuncu dəfə iki ay əvvəl xəbər yerləşdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR