Qırmızı.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-5°, gündüz 9-14° isti, Bakıda gecə 3-5°, gündüz
12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 millimetr civə
sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz
olacaq, arabir Şərq küləyi əsəcək. Temperatur gecə 0-5° isti,
dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 13-18°, bəzi yerlərdə
20°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti,
gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 0-5, gündüz 13-18° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava, əsasən, yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 11-16°
isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 3-8°, gündüz 15-20, bəzi yerlərdə 22°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir. /AzərTAc
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!