Kimsəsiz uşaqları övladlığa götürənlərə ev veriləcək
Bizi izləyin

Qırmızı.az

Kimsəsiz uşaqları övladlığa götürənlərə ev veriləcək

Rusiyanın paytaxtında19 min 131 yetim uşaq var. Bu uşaqların 80 faizi-15 min 396 nəfəri ayrı-ayrı ailələrin himayəsinə verilsə də, Moskvanın uşaq evlərində və internatlarında 3 min 735 uşaq qalır. Yanvarın 30-dan Moskva hakimiyyəti uşaqlarl övladlığa götü

Artıq dünəndən Moskva hökuməti yetim uşaqları övladlığa götürənlərə mənzil vermək qərarına gəlib.

Movqe.az "Komsomolskaya Pravda" qəzetinə istinadən xəbər verir ki, hazırda Rusiyanın paytaxtında19 min 131 yetim uşaq var. Bu uşaqların 80 faizi-15 min 396 nəfəri ayrı-ayrı ailələrin himayəsinə verilsə də, Moskvanın uşaq evlərində və internatlarında 3 min 735 uşaq qalır. Yanvarın 30-dan Moskva hakimiyyəti uşaqlarl övladlığa götürən ailələrə pulsuz mənzil verməyə başlayacaq.

Ögey ata-analar həm Rusiya vətəndaşı, həm də azı 3 il evli olmalıdırlar. Övlad götürmək istəyən qadınların yaşı 45, kişilərinsə 50-ni keçməməlidir. Pulsuz mənzil almaq üçün ailə ən azı 5 yetimi övladlığa götürməlidir. Həmin uşaqların 3-nün azı 10 yaşı və əlilliyi olmalıdır.

Qeyd edək ki, Azərbaycanda övladlığa verilmə ilə bağlı müəyyənləşmiş qaydalara görə, evi olmayan ailələrə övladlığa uşaq verilə bilməz. Azərbaycanda övladlığa uşaq verilərkən himayədar ailənin mənzil şəraiti, qazancı nəzərə alınır. Movqe.az Azərbaycanda da gələcəkdə kimsəsiz uşaqları övladlığa götürənlərə ev verilməsi ilə bağlı millət vəkillərinin fikrini öyrənib.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı Movqe.az-a açıqlamasında bildirib ki, bu təcrübədən istifadə etmək lazım deyil: "Uşağı övladlığa götürən insanın kifayət qədər imkanı olmalıdır.Əgər onun evi yoxdursa, uşağı necə saxlayacaq?".

Millət vəkili qeyd edib ki, övladlığa uşaq götürən ailəyə dövlətin ev verməsi düzgün deyil: "Milli Məclisdə təklif edildi ki, kimsəsiz uşaqlara 18 yaşdan sonra yaşamaları üçün ev verilsin. Eləcə də bir sıra imtiyazlar tətbiq edilsin. Amma yetim uşağı övladlığa götürən ailəyə niyə ev verilməlidir ki, bir halda ki, evi olan kifayət qədər insan övladlığa uşaq götürmək üçün növbə gözləyir".

Qeyd edək ki, Azərbaycanda əlil uşaqların övladlığa götürülməsinə daha çox əcnəbilərin övladlığa uşaq götürməsində rast gəlinir. Qaydalara görə də, sağlam uşaqlar ölkə vətəndaşlarına, əlil uşaqlar isə xaricilərə övladlığa verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm