Azər Sarıyev yeni vəzifəsindən imtina etdi
Bizi izləyin

Qırmızı.az

Azər Sarıyev yeni vəzifəsindən imtina etdi

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib.

Azər Sarıyev öz xahişi ilə işdən çıxarılıb.

Məsələ ilə bağlı Azər Sarıyev açıqlama vermək istəməyib. AzərTAc-ın baş direktorunun müavini Dağıbəyi İsmayılov isə Azər Sarıyevin işdən çıxmasını təsdiqləyib: "Azər Sarıyev işdən çıxarılmayıb. O öz xahişi ilə işdən çıxdı. Onunla bağlı problemimiz yox idi. Sadəcə, uşaqlarının təhsili və şəraitlə bağlı bu qərarı verdi".

Xatırladaq ki, Azər Sarıyev jurnalist fəaliyyətinə “Avrasiya” qəzetində başlayıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra “Palitra” qəzetinin baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə əməkdaşlıq edib.

2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı. /Qaynar.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm