ADNA bağlanır, rektor işdən uzaqlaşdırılır? - Açıqlama
Bizi izləyin

Qırmızı.az

ADNA bağlanır, rektor işdən uzaqlaşdırılır? - Açıqlama

İki gün öncə Prezidentin sərəncamı ilə yeni “ADA” Universitetinin yaradılmasının ardınca digər iki ali təhsil müəssisəsinin də birləşdiriləcəyi ilə bağlı fikirlər səslənir.

İki gün öncə Prezidentin sərəncamı ilə yeni “ADA” Universitetinin yaradılmasının ardınca digər iki ali təhsil müəssisəsinin də birləşdiriləcəyi ilə bağlı fikirlər səslənir.

“Axar.az”ın məlumatına görə, uzun illərdir neft mütəxəssisləri yetişdirən Dövlət Neft Akademiyasının (ADNA) eyni ixtisasları tədris edən Bakı Ali Neft Məktəbi ilə birləşdiriləcəyi gözlənilir. Səbəb kimi ADNA-nın müasir təhsil standartlarının tələblərinə cavab vermədiyi, müasir texnologiyaları tətbiq etməməsi göstərilir. Yayılan məlumatlarda ADNA-nın rektoru Siyavuş Qarayevin də vəzifədən uzaqlaşdırılmasına qərar verildiyi bildirilir. Məsələyə ilə bağlı Təhsil Nazirliyindən “Axar.az”a bildirildi ki, ADNA-nın ləğv edilməsi və Bakı Ali Neft Məktəbinə birləşdirilməsi barədə nazirlikdə heç bir məlumat yoxdur, əksinə, ADNA-nın inkişaf etdirilməsi nəzərdə tutulur:

“Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planında digər təhsil müəssisələrinin, o cümlədən ADNA-nın inkişaf etdirilməsi və müasir tələbləri ödəyən səviyyəyə qaldırılması nəzərdə tutulub”.

Xatırladaq ki, Prezidenti İlham Əliyevin sözügedən Sərəncamına əsasən, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universiteti birləşdirilərək, onların əsasında “ADA” Universiteti yaradılıb. Burada məqsəd ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan bir elmi müəssisənin formalaşdırılmasıdır. Nazirlər Kabineti yeni yaradılan universitetin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm