• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Urmu gölünün dövlət tərəfindən qurudulmasına dair ETİRAF

Urmu gölünün dövlət tərəfindən qurudulmasına dair ETİRAF

Publika.Az GünAz TV-yə istinadən xəbər verir ki, Urmu gölünü qurtarma qərargahının icra müdiri İsa Kələntəri Urmu gölünü İran dövlətinin qurutduğunu etiraf edib.

O deyib ki, quraqlığın Urmu gölünü qurutmasını iddia etmək bəhanədir və Urmu gölünü yanlış layihə və idarəetmə ilə bugünkü vəziyyətə salmışıq. Çünki əvvəllər gölün suyundan 1.5 milyard kubmetr su götürülürdü, hazırda isə 5.5 milyard kubmetr su götürülür. Qərbi Azərbaycanın Böhranın İdarə edilməsi qərargahının rəisi Məhbub Zare isə bildirib ki, Urmu gölünün sahəsi 2 min kvadrat kilometrdən 1628 kvadrat kilometrə qədər azalıb. Gölün ətrafında indiyə kimi 183 kəndin suyu şorlaşıb. Göl qurumağa başlayandan duz fırtınaları əsməyə başlayıb. O həmçinin bildirib ki, təkcə Qərbi Azərbaycan vilayətində 1279 kənddə suların şorlaşması müşahidə edilir.

Aydəmir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR