Bir qadın və iki azayaşlı xilas edildi - Bakıda
Bizi izləyin

Qırmızı.az

Bir qadın və iki azayaşlı xilas edildi - Bakıda

Bir qadın və iki azayaşlı xilas edildi - Bakıda

Bakıda mənzildə iki nəfər köməksiz vəziyyətdə qalıb.

Publika.Az fhn.gov.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.

Dünən həmçinin mənzildə qadın köməksiz vəziyyətdə tapılıb. Belə ki, Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində bir nəfər yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə ondördmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə damdan enərək daxil olublar. Mənzildə köməksiz vəziyyətdə qalmış yaşlı qadının xilas olunmasını təmin ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm