Bakıda atışma olub, ölən var - Yeniləndi
Bizi izləyin

Qırmızı.az

Bakıda atışma olub, ölən var - Yeniləndi

Bakıda atışma olub, ölən var

SİLAHLI İNSİDENTİ TÖRƏDƏN ŞƏXSİN KİMLİYİ BƏLLİ OLUB

Zabratda silahlı insident zamanı ölənin kimliyi açıqlanıb. Hadisə zamanı ov tüfəngindən açılan atəşlə 1994-cü il təvəllüdlü Yaqub Musayevi ölüb, 1991-ci il təvəllüdlü Pərvin Mehdiyev isə yaralanıb.

Bunu Sabunçu rayon 15-ci polis bölməsinin rəisi Seyidağa Cəbrayılov AzadlıqRadiosuna bildirib. Seyidağa Cəbrayılov hadisəni Kamil Fərəcovun törətdiyini bildirib:

“Ölən Yaqub Musayevin atası 2012-ci ildə Kamil Fərəcovun qardaşını öldürüb. Buna görə də, ilkin ehtimal olaraq hadisənin qisas zəmnində baş verdiyini düşünürük”.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır

12:23 - BAKIDA SİLAHLI İNSİDENT OLUB, BİR NƏFƏR ÖLÜB

Hadisə bu gün Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında baş verib. Naməlum şəxs iki kişini güllələyib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə olunur.

Güllələnənlərdən birinin hadisə yerində keçindiyi bildirilir.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi AzadlıqRadiosuna faktı təsdiqləyib.

Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik

12.35

Bu gün səhər saatlarında Bakıda atışma olub. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, silahlı insident səhər saat 11-radələrində qeydə alınıb.

Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınan atışma zamanı bir nəfər ölüb. Bu 1994-cü il təvəllüdlü Musayev Yaqub Rabil oğludur.

Hadisə zamanı 1991-ci il təvəllüdlü Mehdiyev Pərvin Cabir oğlu isə yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Hadisəni törədən şəxsin kimliyi isə hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm