Təhsil Nazirliyindən millət vəkilinin təklifinə CAVAB
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən millət vəkilinin təklifinə CAVAB

Təhsil Nazirliyindən millət vəkilinin təklifina cavab

Təhsil Nazirliyi dövlət hesabına bakalavr, yoxsa magistr pilləsində xaricdə təhsil almağa daha çox imkan yaradılmasına münasibət bildirib.

Nazirlikdən Publika.Az-ın sorğusuna verilən cavabda bildirilir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na myvafiq olaraq ali təhsilin hər 3 səviyyəsində xaricdə təhsil nəzərdə tutulur.

“Lakin bu zaman magistratura və doktorantura səviyyəsində təhsilə prioritet verilir. Digər tərəfdən respublika ali təhsil müəssisələrində bakalavr təhsilinin dünyanən inkişaf etmiş ölkələrindəki səviyyəyə qaldırılması nəzərdə tutulur. Bu istiqamətlərdə atılan əhəmiyyətli addımlardan biri olan "SABAH qrupları" layihəsi bu tədris ilindən reallaşdırılacaq”.

Xatırladaq ki, millət vəkili Musa Quliyev Milli Məclisin sonuncu iclasında tələbələrin bakalavr yox, magistr pilləsində xaricdə təhsil almaq üçün göndərilməsini gündəmə gətirib. Millət vəkili deyib ki, xaricdə təhsil almaq önəmli olsa da, bu sahədə neqativ hallar var: "Yaxşı olar ki, tələbələrimiz bakalavr təhsilini ölkəmizdə, magistraturanı xaricdə oxusunlar. Bununla da elmimiz xaricdə daha yaxşı formada çıxar".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm