• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Abbas Abbasovun oğlu atasının telekanalından danışdı

Abbas Abbasovun oğlu atasının telekanalından danışdı

Bu gün Baş nazirin sabiq müavini, “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun telekanal açması xəbərinə onun oğlu, millət vəkili Aydın Abbasov münasibət bildirib.

O, açıqlamasında deyib ki, Rusiyada açılan kanal barədə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) saytında geniş məlumat var: “Kanal Rusiyada açılıb və bu da orada da yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Bu kanalın Azərbaycandakı proseslərə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, «Milyarderlər İttifaqı» və ona yaxın digər qurum “Azerros” yeni telekanal layihəsinə başlayır. Söhbət Albax TV layihəsindən gedir. “Axar.az”a Moskvadakı mənbədən daxil olan məlumata görə, əslində Albax TV müxtəlif kanalların paketindən ibarət bir layihədir. Bu paketdə hətta Azərbaycanda fəaliyyət göstərən telekanallar da yer alıb. Amma söhbət ondan gedir ki, Albax-ın özünün də telekanalı olacaq. Bu ART - “Azərbaycan-Rusiya TV” adlanır. Həmin kanal isə Azərbaycan, Gürcüstan, Türkiyə və digər dövlətlərə yayınlanacaq. Mənbənin dediyinə görə, yeni kanalda, yəni Azərbaycan-Rusiya TV-də xəbərlər, analitik icmal və digər siyasi-sosial mövzular daha çox yer alacaq. Bu kanala Cəmil Sadıqbəyov adlı bir şəxsin rəhbərlik edəcəyi gözlənilir. Sadıqbəyov əvvəllər “Azerros” qəzetinin baş redaktoru olub (Aznews.az).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR