Bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Bu günə olan hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperatur gecə 4-6°, gündüz 13-15° isti, Bakıda gecə 4-6°, gündüz 13-15° isti olacaqdır. Atmosfer təzyiqi 763

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperatur gecə 4-6°, gündüz 13-15° isti, Bakıda gecə 4-6°, gündüz 13-15° isti olacaqdır. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Yaxın 2 gündə Abşeron rayonunda meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidi.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 1-6°, gündüz 17-22° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaəsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 0-5, gündüz 14-19° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 3-8°, gündüz 16-21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz, səhər dağlarda duman, çiskin olacaqdır. Havanın temperaturunun gecə 4-7°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm