• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

II Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçiriləcək

II Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçiriləcək

Aprelin 10-dan 12-dək Bakı Ekspo Mərkəzində ikinci Xəzər Beynəlxalq su texnologiyaları (“CATEC- 2014”) sərgi və konfransı keçiriləcəkdir.

“CATEC- 2014” sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış ekspozisiyadır və Azərbaycanın milli su operatoru - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunacaqdır. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” MMC çıxış edir.
Ölkədə su təchizatı, eləcə də sutəmizləmə laboratoriyalarının yaradılması üzrə irimiqyaslı layihələrin fəal surətdə həyata keçirilməsi və planlaşdırılması ilə bağlı su texnologiyalarına həsr edilmiş sərgi və konfransın keçirilməsi olduqca aktualdır. Sərgidə bu sənaye sahəsinə dair müasir nailiyyətlər, eləcə də onun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş olunacaqdır.

“CATEC-2014” sərgisində ziyarətçilərin diqqətinə su təchizatı və tullantı-yağış sularının təmizlənməsi sistemləri, habelə mikrotunel tikintisi, suyun analizi üçün ölçmə və tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər ən yeni texnologiyalar təqdim ediləcəkdir.

“CATEC-2014” sərgisində Avstriya, Azərbaycan, Belarus, Almaniya, Danimarka, İsrail, İtaliya, Kanada, Litva, Rusiya, ABŞ, Türkiyə və İsveçrədən aparıcı texnologiya şirkətləri və təchizatçılarının, habelə ekoloqların və tikinti şirkətlərinin iştirakı gözlənilir.

Sərgi ilə yanaşı, Bakıda ikinci Xəzər Beynəlxalq su texnologiyaları konfransı da keçiriləcəkdir. Konfrans qabaqcıl texnologiyaların nümayişi ilə sənayenin aktual məsələlərinə həsr olunmuş müzakirələrin səmərəli şəkildə bir araya gətirilməsinə imkan yaradacaqdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR