Ermənistanlı ögey oğul türkiyəlı atadan amansız qisas aldı
Bizi izləyin

Qırmızı.az

Ermənistanlı ögey oğul türkiyəlı atadan amansız qisas aldı

Ermənistanlı ögey oğul türkiyəlı atadan amansız qisas aldı

54 yaşlı Türkiyə vətəndaşı Elviya Gümüştəkini onun 24 yaşlı ögey oğlu Maksim Bakoyan öldürüb, polis deyir(BBC).

Rəsmi məlumatda deyilir ki, Bakoyan qətli törətdiyini etiraf edib və atalığına qəsd etməsinin səbəbini qisas almaq məqsədilə izah edib, Bakoyanın xalasının ifadəsinə istinadən Ermənistan polisi bildirir ki, Bakoyanın milliyətcə yezidi kürd olan anası kürd əsilli Gümüştəkilə evlənib və onların iki uşağı var.

Gümüştəki 2013-cü ildə yerli adətlərə uyğun olaraq, uşaqlara İslam dinini qəbul etdirmək məqsədilə ailəsini Türkiyəyə aparıb. Bunun üçün uşaqların anası da İslam dinini qəbul etməli idi, məlumatda deyilir. Lakin o, bundan imtina edib və Ermənistana qayıtmaq istəyib.

Maksim Bakoyanın dediyinə görə, bunun sabahısı günü cənab Gümüştəkinin qardaşı “qadını güllələyib, lakin mühakimə olunmayıb”, REGNUM agentlyinin məlumatında deyilir.

Qadını Ermənistanda dəfn ediblər, lakin oğlu o vaxtdan anasının ölümü üçün qisas almaq qərarına gəlib, məlumatlarda bildirilir.Elviya Gümüştəki “arvadını öldürən şəxsdən qan pulu almaq" məqsədilə Türkiyəyə qayıtmaq istədiyini bildirəndə, onunla oğulluğu arasında mübahisə başlanıb və alkoqol təsiri altında olan Maksim Bakoyan bundan daha da hiddətlənərək Gümüştəkiyə bir neçə bıçaq zərbəsi endirib, məlumatda bildirilir.

Maksim Bakoyan həbs olunub və qətl törətməkdə ittiham edilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm