Qırmızı.az
Bakıda qolunda iynə izi olan meyit tapıldı
30-35 yaşlı olan kişinin meyitinin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
“Qafqazinfo” Ans Press -ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda naməlum kişi meyiti tapılıb. Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsində tapılan meyiti ilk əvvəl sakinlər görüblər. Bundan sonra polisə verilən məlumat əsasında hadisə yerinə başda rayon Polis İdarəsinin rəhbərliyi olmaqla polislər və rayon prokururorluğunun əməkdaşları cəlb olunub. Ərazidə aparılan müayinə zamanı təxminən 30-35 yaşlı olan kişinin meyitinin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin qol nahiyəsində iynə yerlərinin olması onun yüksək dozalı narkotik vasitənin qəbulundan dünyasını dəyişməsi ehtimalını artırıb.
Digər ehtimala görə, o narkotiki kənar ərazidə damarına yeridib və hadisə yerinə çatdıqda isə halı pisləşərək yıxılıb.
Aparılan ilkin müayinələr bitdikdən sonra mərhumun meyiti daha geniş müayinə olunması üçün ekspertizaya aparılıb.
Faktla bağlı isə rayon prokurluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən şəxsin kimiliyini müəyyən etmək istiqamətində iş aparılır.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın