• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda 57 nəfər “yol terroru“nun qurbanı olub

Azərbaycanda 57 nəfər “yol terroru“nun qurbanı olub

Bu il Bakıda baş verən yol qəzaları zamanı 57 nəfər ölüb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, 2014-cü ili yanvarın 1-dən martın 22-dək Bakıda 188 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 57 nəfər ölüb, 199 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bölmə rəisi bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 hadisə, 11 ölüm, 21 xəsarət faktı azalıb ki, bu da yol polisi tərəfindən görülən tədbirlərin nəticəsidir.

V.Əsədov həmçinin qeyd edib ki, martın 19-dan martın 24-ü gecə saat 12-dək paytaxtda 22 yol qəza hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR