İTV-dən çıxarılan baş direktor müavini İrana göndərildi
Bizi izləyin

Qırmızı.az

İTV-dən çıxarılan baş direktor müavini İrana göndərildi

İctimai Televizyanın Baş direktorunun keçmiş müavini Oqtay Bayramova AzərTAc-ın İrandakı bürosunda vəzifə verilib.

İctimai Televizyanın Baş direktorunun keçmiş müavini Oqtay Bayramova AzərTAc-ın İrandakı bürosunda vəzifə verilib.

Bu barədə AzərTAC-dakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, AzərTAc-dan İTV-yə Baş direktor müavini vəzifəsinə göndərilən Oqtay Bayramov bir müddət öncə Cəmil Quliyevin təkidi ilə ərizə yazaraq işdən çıxmış, yenidən əvvəlki iş yerinə qayıtmışdı. O, hazırda AzərTAc-ın İstanbul bürosunda xüsusi müxbir kimi çalışır.

Hazırda adıçəkilən şəxsin İrana təyinat aldığı bildirilir.

Sözügedən qurumun Baş direktor müavini Dağıbəyi İsmayılov açıqlamasında məlumatı təsdiq etdi: "Məlumat doğrudur. Oqtay Bayramov İstanbuldan çağırılaraq İrandakı büroya təyin olunub. O, bundan sonra İstanbulda deyil, ancaq İranda fəaliyyət göstərəcək"

İndiyədək bu vəzifəni İranda icra etmiş Sabir Şahtaxlıya gəlincə, D.İsmayılov onun yaxın günlərdə Naxçıvan bürosuna göndərilə biləcəyini istisna etmədi /Qaynar.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm