Orxan Zeynalovun istintaqı yekunlaşıb
Bizi izləyin

Qırmızı.az

Orxan Zeynalovun istintaqı yekunlaşıb

Moskva müstəntiqləri paytaxt sakini Yeqor Şerbakovun ölümü ilə bağlı istintaq işini yekunlaşdırıb.

Moskva müstəntiqləri paytaxt sakini Yeqor Şerbakovun ölümü ilə bağlı istintaq işini yekunlaşdırıb.

Bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin rəsmi təmsilçisi Viktoriya Tsıplyonkova açıqlama verib.

“Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalova qarşı cinayət işinin təhqiqatı başa çatıb. Hazırda müttəhim və onun vəkili cinayət işinin materialları ilə tanış olmağa başlayıblar”, - deyə o bildirib.

Xatırladaq ki, sözügedən cinayət hadisəsi Rusiyada ksenofobiyanı gücləndirmişdi. Ələlxüsus Moskvada miqrantlara qarşı yerli hökumətin də körüklədiyi böyük basqı kampaniyası başlamış, 400 nəfər saxlanılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm