5 balıqçı xəzər dənizində itkin düşüb
Bizi izləyin

Qırmızı.az

5 balıqçı xəzər dənizində itkin düşüb

Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb.

Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.

Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm