Mənzildə köməksiz vəziyyətdə qalan 57 yaşlı qadın xilas olunub
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz vəziyyətdə qalan 57 yaşlı qadın xilas olunub

Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1957-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1957-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzildə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm