Bu günə olan hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 3-5°, gündüz 11-16° isti, Bakıda gecə 3-5°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütundan 761 millimetr civə sütunun

Bakıda və Abşeron yarımadasında Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 11-16° isti, Bakıda gecə 3-5°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq.
Temperaturun gecə 2-7°, gündüz 18-23° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin
olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava əsasən yağmursuz olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Havanın temperaturu gecə 4-9°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz, səhər dağlarda duman olacaq.
Havanın temperaturu gecə 2-7°, gündüz 15-20°, dağlarda gecə 2-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm