Ucarda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi - MƏLUMAT
Bizi izləyin

Qırmızı.az

Ucarda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi - MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi Ucarda baş vermiş ağır yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi Ucarda baş vermiş ağır yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Müsüslü kəndində (rayon mərkəzindən 25 km aralı) minik avtomobilləri ilə yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilində sərnişin 1961-ci il təvəllüdlü Həqiqət Şükür qızı Cabbarovanın cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən H.Cabbarovanın cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 15:10-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm