Ermənistan ordusu cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozub
Bizi izləyin

Qırmızı.az

Ermənistan ordusu cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozub

Ermənilər cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocəvənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm