Azərbaycanlı səhra komandiri öldürüldü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı səhra komandiri öldürüldü

“Xasavyurt hərbi dəstəsi”nin başçısı, azərbaycanlı səhra komandiri Tural Atayev Dağıstanda həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində öldürülüb. Ondan başqa daha 4 yaraqlı öldrülüb.

Publika.az Virtualaz.org saytına istinadən bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Xəbərdə deyilir ki, döyüş zamanı 5 cinayətkar zərərsizləşdirilib: “İlkin olaraq əsas diqqət onların şəxsiyyətinin müyyənləşdirilməsinə yönəldilib. Onların arasında “Xasavyurt qruplaşması”nın başçısı olan 1988-ci il təvəllüdlü Tural Atayev də var. O, Azərbaycan vətəndaşıdır. Atayev ötən ilin dekabrında Pyatiqorksdakı terror aktının təşkilatçılarından biri olub”.

Tural Atayevin dəstəsinin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına çoxsaylı hücumların təşkilində əli olduğu bildirilir. Bu dəstə həmçinin sahibkarlardan iri məbləğdə pul qoparmaqda, partlayışların təşkilində günahlandırılır. Bu qrupa qarşı əməliyyatlarda Rusiya DİN-in bir əməkdaşı qətlə yetirilib, biri də yaralanıb. Dinc əhali arasında ölən yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm