Bakı Metropolitenində təmir işlərinə başlanıldı
Bizi izləyin

Qırmızı.az

Bakı Metropolitenində təmir işlərinə başlanıldı

Metro keçidlərində ticarət köşklərinin sökülməsindən sonra bəzi stansiyalarda təmir işlərinə başlanılıb.

Artıq bir neçə stansiyaların giriş hissəsində təmir briqadaları tərəfindən bərpa işləri həyata keçirilir.

“Netçilər” stansiyasının girişində artıq ötən gündən etibarən divarlar ağardılır. “Nərimanov” və digər stansiyalarda isə işıqlandırma sistemləri yenidən qurulur.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva açıqlamasında isə bildirib ki, stansiyalardan hansı bərbad gündədirsə, həmin yerlərdə təmir işləri aparılacaq.

O, təmirin nə vaxt sona çatacağından məlumatsız olduğunu qeyd edib.

Xatırladaq ki, Bakı Metropoliteninin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırılıb. Ümumilikdə isə Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülüb. /“Azvision.az”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm