• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xəzərdə itkin düşən balıqçılardan xəbər var

Xəzərdə itkin düşən balıqçılardan xəbər var

Azərbaycanın Siyəzən rayonunda itkin düşən balıqçıların yeri müəyyənləşib. İtkin düşən balıçılara yanacaq çatdırılsa da hələ ki, onları xilas etmək mümkün olmayıb. Şimal Regional Mərkəzindən Anspress-in bölgə müxbirinə verilən məlumata görə, onların yanacağı yenidən tükənib. Dəniz dalğalı olduğundan yanacaq çox işlənir:

“İtkin düşən Neftçala sakinləri sahildən təxminən 80 km məsafədirlər. Siyəzənin Kiçik Həmyə kənd sakini Adil Paşayeva məxsus mühərrikli qayıqla dənizə giriblər. Dəniz dalğalı olduğundan sonradan sahilə çıxa bilməyiblər. Yanacaqları tükənib və kömək istənilib. Onların dənizdə olduğu dünən məlum olub. Hazırda FHN Siyəzənin Kiçik Həmyə kəndindən üzü şimal doğru balıqçıların xilas edilməsi üçün nəzarətə götürülüb. Dəniz həddindən artıq dalğalı olduğu üçün xilasedicilər gözləməyə məcbur olublar. Son məlumatlara görə balıqçıların səhhətində heç bir problem yoxdur”, - deyə mərkəzdən bildirilib.

Qeyd edək ki, FHN-i ötən gün Xəzər dənizində 5 balıqçının itkin düşməsi barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumatda bildirilirdi ki, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR