Polis rəisi icra başçısı ilə davasından danışdı - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Polis rəisi icra başçısı ilə davasından danışdı - Rəsmi

“Yayılan informasiyalar yalandır, orda dava olmayıb”.

Bu sözləri “Axar.az”a açıqlamasında Laçın Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov deyib.

O, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovla aralarında olan dava ilə bağlı yayılan xəbərlərin heç birinin doğru olmadığını bildirib: “Orda toyda iştirak etmişik. Amma heç bir dava-filan olmayıb. Yayılan informasiyaların hamısı yalandır”.

Qeyd edək ki, martın 23-də Şabran rayon prokuroru Mübariz Bayramovun oğlunun toyunda Məhəmməd Kərimovla Ramiz Cəbrayılovun əlbəyaxa dalaşdıqları haqqında “Avropa.info” məlumat yayıb. Toyda Laçın RPŞ-nin rəisi keçmiş başçının salamını almadığına görə, mübahisə yaşandığı bildirilib. Bu zaman keçmiş icra başçısı ilə Laçının polis rəisi arasında dava düşüb. Bir-birini söyən və vuran R.Cəbrayılovla M.Kərimovu Suraxanı Rayon Polis Şöbəsinin rəisi sakitləşdirməyə çalışıb. Keçmiş icra başçısını Suraxanı polisinin rəisi hadisə yerindən uzaqlaşdırıb. Polis rəisi Məhəmməd Kərimovu isə əslən Kəlbəcərdən olan Siyavuş adlı prokurorluq işçisi sakitləşdirib.

Mübahisə zamanı polis rəisi Məhəmməd Kərimov keçmiş icra başçısına 100 tonlarla yanacaq satdığını, yardım pullarını mənimsədiyini, qeyri-əxlaqi hərəkətlər etdiyini xatırladıb. Polis rəisi Laçın camaatının hələ də keçmiş icra başçısından şikayətlər etdiyini deyib.

Yazıda həmçinin xatırladılıb ki, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov hazırda Kənd Təsərüffatı Nazirliyində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm