• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda tıxaclar başlayır

Bakıda tıxaclar başlayır

Novruz bayramı ilə əlaqədar istirahət günləri bitdiyindən bölgələrə getmiş vətəndaşlar geri qayıdır. Bu da avtomobilə yollarında sıxlığın artması ilə yanaşı avtobus və qatarla qayıdanların da sayının artması deməkdir.

Rayonlardan avtobuslarla geri qayıdanların sayı çox olduğundan bir sıra istiqamətlərdə xəttə çıxarılan avtobusarın sayı artırılıb. Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevd bildirib ki, bu gün təxminən 700-ə qədər avtobusun qəbul olunması gözlənilir. Bu da normal günlərdənkindən 2 dəfə çoxdur.

Qatarla geri qayıdanların rahatlığını təmin etmək üçün bir sıra istiqamətlərdən gələn qatarlara əlavə vaqonlar da qoşulub. Bu il Gürcüstana istirahətə üstünlük verənlər çox olduğundan qərb itiqamətilə yanaşı, Bakı-Tiflis qatarına daha çox vaqon qoşulub.

Şəxsi avtomobillərilə istirahətə üz tutanların geri qayıtması isə rayonlararası və şəhərlərarası yollarda hərəkətin intensivliyinin artması ilə nəticələnəcək. Bu səbəbdən Respublika Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara xəbərdarlıq edib. Qrumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, artıq yol polisləri küçələrdə reydlərə başlayıb.

“Sürücülülərdən bir daha xahiş edirik sükan arxasına alkoqollu içki qəbul edib əyləşməsinlər. Səfərdən geri dönərkən sürücülərin əksəriyyəti diqqətli olmalıdılar. Sürücülər sürət məhdudiyyətinə əməl etsinlər”, - deyə K.Əliyev bildirib.

Qeyd edək ki, martın 20-dən 25-nə qədər ölkə ərazisində 79 yol nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində 15 nəfər ölüb, 112 nəfər yaralanıb./ANS TV

Xəbər lenti

DAHA ÇOX XƏBƏR