Gürcüstandan gələn qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər
Bizi izləyin

Qırmızı.az

Gürcüstandan gələn qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər

Gürcüstandan gələn qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər

Gürcü ziyalıları və gəncləri millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər.

Millət vəkili Qənirə Paşayevanın və Miras təşkilatının rəhbəri Fariz Xəlilin müşayiəti ilə qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Q.Paşayeva, Heydər Əliyevin Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm və həyata keçirilən böyük işlər barədə gənclərə geniş məlumat verib və bu siyasətin bu gün də president İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdiyini deyib.

Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edilib. Sonra müəllimlər və gənclər Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili qonaqlara 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları barədə geniş bilgi verib. Gürcü ziyalılarını və gəncləri Azərbaycan Milli Məclisi ilə tanış edən millət vəkili Qənirə Paşayeva XX yüzilliyin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu deyib və parlamentib bu günkü fəaliyyəti, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti barədə də onlara geniş məlumatlar verib.

Sonra qonaqlar millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə Bayraq Meydanı ilə tanış olublar və qədim İçərişəhərdə olublar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Qız qalasını və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Miras İB-nin layihəsi əsasında Azərbaycana səfərə gələn qonaqlarla görüşdə millət vəkili Qənirə Paşayeva bu cür layihələrin önəmini vurğulayaraq Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq bu cür layihələrə hər zaman dəstək verməkdən məmun olduqlarını deyib və gələcəkdə də bu istiqamətdə layihələrə hər zaman dəstək göstərəcəklərini deyib. O, bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir və gənclərimizin biri-birini daha yaxından tanıması, əməkdaşlıq qurmaları istiqamətindəki layihələrin bundan sonra daha da genişlənməsinə böyük ehtiyac var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm