Muğan-Qarasu mənzilində 3,3 kilometr yol əsaslı təmir olunur
Bizi izləyin

Qırmızı.az

Muğan-Qarasu mənzilində 3,3 kilometr yol əsaslı təmir olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamı sürətlə icra olunur.

Publika.az "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinə istinadən məlumat verir ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

2014-cü ilin martın 27-də Muğan - Qarasu mənzilində 3,3 kilometr yolun əsaslı təmirinə başlanılıb. Səhər tezdən start götürən təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

"Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb və 900 metr köhnə yol artıq sökülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, 10 dekabr 2013-cü ildə Ağstafa - Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometrin 310 kilometri artıq 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm