• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

FHN balıqçıları dənizdən bu cür xilas etdi - VİDEO

FHN balıqçıları dənizdən bu cür xilas etdi - VİDEO

Xəzərin Azərbaycan sektorunda, daha dəqiqi Siyəzən rayonu ərazisində bir neçə gün çətin vəziyyətdə qalan balıqçıların köməyinə Fövqəlada Hallar Nazirliyinin əməkdaşları çatıb. Nazirliyin yayımladığı kadrlardan da aydın görünür ki, balıqçılar dalğalı dənizdə həqiqətən də çox çətin durumda qalıbmışlar...

Dənizdə köməksiz vəziyyətdə qalan 5 balıqçı xilas olunub. Onlar FHN-in axtarış dalğıc qrupu tərəfindən sahilə çıxarılıb.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub. Yanacağın qurtarması səbəbindən sahidən təxminən 80 kilometr aralıda dənizdə qalan balıqçılara əvvəlcə yanacaq daşınıb.

Lakin onların yanacağı yenə bitdiyindən əlaqə kəsilmişdi. Bundan sonra isə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 ədəd helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub. Nazirliyin aviasiya dəstəsi tərəfindən balıqçıların yeri müəyyənləşdirilərək yenidən yanacaqla təmin olunub.

Daha sonra isə balıqçıların sahilə çıxması helikopterlər vasitəsilə izlənib. Xilasetmə əməliyyatı günorta saat 4-də başa çatıb. Qeyd edək ki, Neftçala sakinləri olan balıqçılar Siyəzənin Kiçik Həmyə kənd sakini balıqçı Adil Paşayevə məxsus qayıqla dənizə balıq tutmağa gediblərmiş.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR