Qırmızı.az
Heydər Əliyev Fondunun “Urban Alliance” təşkilatı ilə birgə layihəsinin təqdimatı olub
Azərbaycandakı geniş miqyaslı və çoxşaxəli fəaliyyətləri ilə paralel olaraq Heydər Əliyev Fondu artıq neçə illərdir ki, beynəlxalq səviyyədə qurulan tərəfdaşlıqları artıraraq, müxtəlif xarakterli layihələr gerçəkləşdirməkdədir və belə təşəbbüslərin əhatə dairəsi də getdikcə böyüməkdədir.
Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, ötən ildən etibarən ABŞ-ın
Merilend ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və
əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə yönəlmiş xeyriyyə
layihəsinə əlavə olaraq cari ildə Heydər Əliyev Fondu tərəfindən
ABŞ-da yerləşən bəzi sosial və xeyriyyə yönlü qeyri-hökumət
təşkilatları ilə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi
planlaşdırılır.
Belə layihələrdən biri ABŞ-ın "Urban Alliance" (Şəhər Alyansı) adlı
təşkilatı ilə qurulmuş əməkdaşlığa əsaslanır ki, bu təşkilatın əsas
məqsədi ali təhsillərini yenicə tamamlamış gənclərə peşə həyatına
aparan yolda təlim və təcrübələr vasitəsilə dəstək olmaqdır.
Bəhs edilən layihəyə start verilməsi münasibətilə "Urban Alliance"
təşkilatının Vaşinqton ofisində xüsusi mərasim keçirilib. Mərasimə
qatılmış iştirakçılar qarşısında çıxış etmiş Heydər Əliyev Fondunun
ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə ilk növbədə onlara
təmsil etdiyi Fondun məqsəd və məramlarından söz açmış və Fondun
prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərliyi altında təşkilatın ildən-ilə artan fəaliyyətləri və əldə
olunmuş nailiyyətlər barədə məlumat verib.
Fondun prezidentinin təhsilə yetirdiyi diqqət və gənclərə
göstərdiyi qayğını xüsusilə vurğulayan C.Paşayeva-Seyidzadə bu
mənada Heydər Əliyev Fondu və "Urban Alliance" təşkilatının oxşar
cəhətlərə malik olduğunu göstərib. "Urban Alliance" təşkilatı ilə
birgə layihəyə istinad edərkən Heydər Əliyev Fondunun ABŞ üzrə
nümayəndəsi bu layihənin ilk iştirakçılarının seçiminin
Azərbaycanda geniş şəkildə qeyd edilən "8 Mart - Beynəlxalq
Qadınlar Günü" ərəfəsinə təsadüf etdiyini və elə bu münasibətlə
Fondun dəstəyilə iş təcrübəsi keçəcək birinci 3 iştirakçının
layihəyə müraciət etmiş gənc qızlar arasından seçildiyini
açıqlamışdır. Onun çıxışının ardınca iştirakçılara Heydər Əliyev
Fondunun fəaliyyətlərini əks edən qısa film nümayiş etdirilib.
Tədbir iştirakçıları arasında olmuş Azərbaycanın ABŞ-dakı səfiri
Elin Süleymanov öz tərəfindən Heydər Əliyevin Fondunun həyata
keçirdiyi fəaliyyətləri və mövcud olduğu illər ərzində əldə etdiyi
mühüm nəticələri təqdir edib.
Fondun çoxsaylı layihələri arasında qadınların cəmiyyətdəki
mövqeyinin güclənməsinə yönəlmiş fəaliyyətləri önə çəkərək,
Pakistanda inşa edilmiş qızlar məktəbini misal göstərib, eləcə də
"Urban Alliance" təşkilatı ilə birgə layihədən bəhrələnəcək birinci
3 gəncin məhz qızlar olmasının təsadüfi xarakter daşımadığını
söyləyib.
Səfir Elin Süleymanov həmçinin bu birgə layihənin iki ölkənin
insanları arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini və bu
amilin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Bundan əlavə, mərasimdə "Urban Alliance" təşkilatının idarə
heyətinin rəhbəri Mari Zients, prezidenti İşuana Smit və strateji
tərəfdaşlıq üzrə direktoru Meqan Vudberi çıxış edərək, Alyansın
apardığı fəaliyyətlər haqqında danışıb, Heydər Əliyev Fondu ilə
qurulan əməkdaşlıqla bağlı böyük məmnuniyyətlərini ifadə edib və bu
əməkdaşlığın uğuruna inandıqlarını bəyan etmişlər. İştirakçılar
eynilə "Urban Alliance" təşkilatı barədə filmə tamaşa ediblər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!